İsrail ordusu Livanda ilk dəfə "Ninja" raketindən istifadə edib.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, İsrail ordusu ilk dəfə bu raketdən Beyrutun təxminən 10 kilometr şərqində yerləşən Kahale bölgəsinə edilən hücumda istifadə edib.

Məlumata görə, "Ninja" ictimaiyyət tərəfindən "AGM-114 R9X Hellfire" raketinə verilən addır.

Belə ki, partlayıcı döyüş başlığı ilə təchiz olunmayan raketin üzərinə quraşdırılmış iti bıçaqlar yaxınlaşan kimi açılır və ətrafdakılara zərər vermədən hədəfə ciddi ziyan vurur.