Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində tikinti materiallarının satıldığı bazar yanır.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

“Kovrov şəhərində 2 min kvadratmetr ərazini əhatə edən tikinti materialları bazarı yanır”, - deyə FHN bildirib.

Məlumata görə, yanğının söndürülməsinə 15 yanğınsöndürən və 5 ədəd texnika cəlb olunub.