Rusiyanın hərbi obyektləri, o cümlədən Krım körpüsünün müdafiə sistemi haqqında məlumatlar ötürən Ukrayna xüsusi xidmət orqanlarının iki agenti Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə FTX-nin Mətbuat Xidmətindən məlumat verilib.

“Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol şəhəri idarəsi Ukrayna xüsusi xidmət orqanlarının iki agentini Rusiya hərbi obyektləri haqqında məlumatı ötürdükləri üçün saxlayıb”, - məlumatda qeyd olunub.