Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.

BUTA.TV xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.

Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir