HƏMAS-ın 24 batalyonundan 23-ü məhv edildi
Qəzza zolağında keçirilən əməliyyatlar zamanı HƏMAS-ın 24 batalyonundan 23-ü məhv edilib.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasında deyib.
Netanyahu bildirib ki, İsrailə hücum zamanı HƏMAS-ın sıralarında 40 minə yaxın silahlı olub, onların arsenalında 15 min idarə olunmayan raket olub.
O qeyd edib ki, əməliyyatın əvvəlində HƏMAS-ın yeraltı tunellərinin ümumi uzunluğu 560 km-dən çox olub.