Elektrik şəbəkəsinin əməkdaşı faciəvi şəkildə öldü
Ağcabədi Elektrik Şəbəkəsinin dispeçirini elektrik cərəyanı vuraraq öldürüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ağcabədi Elektrik Şəbəkəsinin dispeçiri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub.
Nəticədə o hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.