BMT-də Lavrovun əlini sıxmaq üçün növbəyə durdular - Foto
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışından sonra onun əlini sıxmaq istəyən insanlar tərəfindən qarşılanıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“BMT Baş Assambleyasında çıxış edəndən sonra Sergey Lavrovla əl sıxmaq istəyənlərin sırası yaranıb”, – diplomat qeyd edib.
Lavrovun çıxışının mövzularından biri Livanda rabitə vasitələrinin partlaması olub. Nazir İsrailin bu hücumunu araşdırmağa çağırıb.