Bakıda avtomobilin 10 gün əvvəl vurduğu uşaq öldü
Bakıda avtomobilin 10 gün əvvəl vurduğu 3 yaşlı uşaq ölüb.
BUTA.TV xəbər verir ki, sentyabrın 19-da Ramana qəsəbəsi Şuşa şəhərciyi qəsəbəsində Abdulla İsayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə 2021-ci il təvəllüdlü Kamil Əlizadəni vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.