Uqledarı qoruyan komandir vəzifəsindən çıxarıldı
Uqledarı müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin 72-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının komandiri, polkovnik İvan Vinnik vəzifəsindən çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Vinnik özünün Feysbuk səhifəsində məlumat yayıb.
Ukrayna mətbuatının məlumatına görə, Vinnik yüksək vəzifəyə təyin olunub.
Ukrayna Silahlı Qüvvələrindən Vinnikin vicdanlı döyüş zabiti, təcrübəli və humanist komandir olduğu deyilib.