Uzun illər depressiya ilə mübarizə aparmışam.

BUTA.TV xəbər verir ki, bunu “Mersedes”in britaniyalı pilotu Luis Hemilton “Tayms”a açıqlamasında deyib.

Onun sözlərinə görə, problemləri yeniyetməlik yaşlarından başlayıb:

“Düşünürəm ki, bu, məktəbdəki irq təzyiqi və zorakılıqla əlaqədardır. Danışacaq kimsəm yox idi”.

Hemilton psixoloqla işlədiyini, amma bunun da ona kömək etmədiyini deyib.

Formula-1 pilotu hazırda probleminin olmadığını bildirib.