İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Təqi Aşubi məlumat verib.

Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərləniblər.

Aşubi bildirib ki, ümumilikdə Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır.