Rusiyanın Rostov vilayətinin meşə təsərrüfatı ərazisində PUA-nın qəzaya uğramasından sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

BUTA.TV xəbər verir ki, bunu vilayətin qubernatoru Vasili Qolubev Teleqram kanalında deyib.

"Milyutinski rayonunda PUA-nın qəzaya uğraması nəticəsində yaranan meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

Selivanovski kənd qəsəbəsindəki meşə təsərrüfatının ərazisində saat 14:00-dan etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilib",- o bildirib.

Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.

Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir