Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, baş nazir Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd edək ki, bu gün Mişustinin İrana səfər edəcəyi barədə məlumat yayılıb.