Qax rayonunun Qum kəndində evdən çürümüş kişi meyiti tapılıb.

BUTA.TV xəbər verir ki, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Elman Əhmədiyyə oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti yaşadığı evdə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.