Bakının bu ərazisində yeni taksi duracaqları yaradıldı - Video
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Tiflis prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, burada 5 duracaq və 1 minib-düşmə yeri fəaliyyət göstərir.
Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və qayda pozuntusuna görə cərimə 40 manatdır.
Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir