Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Ukrayna kəşfiyyatına hərbi obyektlər haqqında məlumat ötürən iki rusiyalı qadını saxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə FTX-nin yaydığı məlumatda qeyd olunub.

Hər iki şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq) maddəsi ilə şübhəli bilinir.