Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mayk Pompeo mənə və tərəfdarlarıma qarşı qisas kampaniyası apardı.

BUTA.TV xəbər verir ki, bunu Vikiliks şəbəkəsənini təsisçisi Culian Assanc deyib.

Assancın sözlərinə görə, MKİ-nin onu oğurlamaq və sonra Londonda məhv etmək planları var idi:

“Avropadakı tərəfdarlarım haker hücumlarına və təqiblərə məruz qaldılar. ABŞ kəşfiyyat xidmətləri həyat yoldaşımı izləyib və hətta altı aylıq oğlumun uşaq bezindən DNT nümunəsi almağa çalışıb”.