Ötən gecə İranın İsrailə hava zərbələrindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu İranın dini rəhbəri Əli Xameneini təhdid edib.

BUTA.TV xəbər verir ki, bu barədə Netanyahu özünün fars dilindəki X hesabında paylaşım edib.

O, Xameneinin stulun üzərindəki əbasının görüntüsünü paylaşılaraq yazıb: “Özünüz istədiniz!”

Qeyd edək ki, Xameneinin əyləşdiyi stulunun arxasındakı divarda raket zərbəsinin izi və döşəmədə qan izləri görüntüsü quraşdırılıb.