Avropa İsrailə nəzarət etməlidir. Əks halda İranın cavabı ilə üzləşəcək və region (Yaxın Şərq) böyük müharibəyə başlayacaq.

BUTA.TV İran mediasına istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri general-mayor Əziz Nəsirzadə deyib.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ tərəfi isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.