Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
Gürcüstan AB üzvlüyünə namizəd ölkə olaraq islahatları dərinləşdirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra X hesabında yazıb.
O bildirib ki, Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız gürcü xalqı verə bilər.