HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail ərazisinə hücumun ildönümündə Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə müvafiq bəyanat onların rəsmi Teleqram kanalında dərc olunub.

“Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, İzzəddin əl-Qəssamın döyüşçüləri Təl-Əvivə doğru raketlər atıblar”, - məlumatda deyilir.

Qeyd edək ki, raketlərin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.