İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Anar Həsənovun idarə etdiyi "KİA Ceed" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, İ.Axundov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.