Bakıda ölümlə nəticələnən yol qəzası olub.

BUTA.TV xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mersedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.