Cəbrayılda ağır qəza: ölən var
Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.
Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.
Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir