Ermənistan sərhədçiləri 2025-ci il yanvarın 1-dən İranla sərhəddəki keçid məntəqəsində xidməti tam şəkildə öz üzərinə götürəcəklər.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının iclasının keçirildiyi İstanbulda deyir Nazir sərhəd təhlükəsizliyinin təmin edilməsində uzun illər göstərdiyi köməyə və Ermənistan-İran sərhədinin keçid məntəqəsində xidmətə görə Rusiya tərəfinə təşəkkür edib.