Mingəçevirdə uşaq bağçasının binasında yanğın - Video
Mingəçevirdə istifadə olunmayan uşaq bağçasının binasında yanğın hadisəsi baş verib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Puşkin küçəsinə bitişik məhəllə daxilində yerləşən obyektdə yanğının söndürülməsi üçün əraziyə cəlb olunan yanğınsöndürmə briqadası alovu lokallaşdırıb.
Hadisə zamanı zərərçəkən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İzmirdəki güclü partlayışda ölənlərin sayı artıb - Yenilənib