Ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında da problem yaşanıb.

BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb.

Məsələ ilə əlaqədar ADRA-dan bildirilib ki, indiyə qədər belə hal baş verməmişdi.

"Bu gunkü halla bağlı araşdırma aparılacaq. Baş verənlərin səbəbi araşdırmalardan sonra açıqlanacaq", - deyə bildirilib.

Həmin görüntüləri təqdim edirik: