Bakıda maşın 2 piyadanı vurdu, biri öldü
Xocəsəndə avtomobil iki piyadanı vurub.
BUTA.TV xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.
Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.
Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?