Bakıda qətl törədilib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

37 yaşlı qadının münaqişə zəminində ərini öldürməsi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.