Göygöldə ağır qəza:18 yaşlı oğlan öldü
Göygöl rayonunda "Opel" və VAZ-21015 markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan BUTA.TV-a verilən məlumata da görə qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Bildirilib ki, qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.
Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.
“Sabah”ın futbolçusu evləndi - Foto