Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində Uzunmüddətli İqlim Strategiyası açıqlanacaq. Türkiyə, həmçinin tədbirdə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan COP31-ə ev sahibliyi etməkdə qərarlı olduğunu vurğulayacaq.

BUTA.TV xəbər verir ki, Türkiyənin istixana qazı emissiyalarının azaldılması və 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi ilə bağlı yol xəritəsi yenidən gözdən keçirilərək son düzəlişlər edilib. Yol xəritəsinə əsasən, ölkədə istixana qazı emissiyalarının ən geci 2038-ci ilə qədər maksimum səviyyəyə çatması və ardından azalaraq 2053-cü ildə xalis sıfır emissiyaya nail olunması planlaşdırılır.

COP29-da Türkiyənin bu istiqamətdə hədəflədiyi yol xəritəsini ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirakçılarla bölüşəcək.

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi? Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?