Okampodan etiraf: Ermənistan işğalçıdır!
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini etiraf edib.
BUTA.TV xəbər verir ki, o, moderatorun sualına cavabında Qarabağ ərazisinin Azərbaycana məxsus olduğunu və bir zamanlar Ermənistanın bu torpaqları işğal etdiyini söyləyib.