Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.

Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.