Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Qeyd edilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona uğurlar arzu edib.

Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.