Ermənistanla sərhəddə əməliyyat şəraiti təhlil edildi
Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
BUTA.TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.
Bundan başqa, azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.
Zəfər abidəsini ziyarət etdilər - Fotolar