Bakı və İrəvan arasında sülh müqaviləsi layihəsinin mətnində ermənilərin və azərbaycanlıların SSRİ-nin dağılmasından əvvəl yaşadıqları yerlərə qarşılıqlı qayıtması ilə bağlı bənd yoxdur.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsinin imzalanması vaxtını və yerini müəyyən etmək üçün tezliklə məsləhətləşmələrə başlamağı təklif edir:

“Müqavilənin imzalanması özlüyündə iki ölkə arasındakı bütün problemləri həll etmir. Böyük və zəhmətli iş qarşıda durur və sülh müqaviləsi bu məsələni həll etməyə imkan verəcək mexanizmləri nəzərdə tutur".

Zəfər abidəsini ziyarət etdilər - Fotolar Zəfər abidəsini ziyarət etdilər - Fotolar