Bu gün səhər saatlarında Zəngəzur rayonunda Rusiya sərhədçilərinə məxsus UAZ avtomobil yoldan çıxaraq, 40 metr dərinlikdəki dərəyə aşıb.

BUTA.TV xəbər verir ki, Ermənistan DİN hadisənin Mehri-Nüvədi yolunun 27-ci km-də baş verdiyini bildirib.

Nəticədə rus sərhədçilərdən biri ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.