Rusiya Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Mariya Zaxarova brifinqdə deyib.

"Bütün zəruri məsələlər yalnız sülh və siyasi-diplomatik yolla həll edilməlidir", - o qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, Rusiya sülh sazişinin imzalanmasına nail olmaq üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında tərəfdaşlara əvvəlki kimi yardım göstərməyə hazırdır.