Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Onun sözlərinə görə, Komissiyaya daxil olan müraciətlərin hər biri araşdırılacaq.

Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq