Şərur rayonunda quyudan qadın meyiti tapılıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb.

Məlum olub ki, Zeynəb İsmayılova qətlə yetirilib. Onu həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərovanın qətlə yetirdiyi üzə çıxıb.

Qətl hadisəsi aprelinn 20-də baş verib. A.Əskərova həmin gün 75 yaşlı qadını qətlə yetirib və cinayətin izini itirmək məqsədilə quyuya atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti quyudan aprelin 22-də tapıblar.

Məlumata görə, 75 yaşlı qadın kimsəsiz olub. İddia olunur ki, hadisə pul üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.