Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında qeyd olunub.