Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının işinin əsas istiqamətlərindən biri Ukraynanın bərpası və modernizasiyasıdır.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Denis Şmıqal komissiyanın 14-cü iclasında deyib.

Nazir bildirib ki, rəsmi Kiyev Azərbaycan şirkətlərini Ukraynanın bərpasının planlaşdırılmasında və həyata keçirilməsində iştiraka dəvət edir:

"Müharibə risklərinə baxmayaraq, bütün çətinliklərə, problemlərə və logistika ilə bağlı, eləcə də digər məsələlərlə bağlı çağırışlara baxmayaraq Azərbaycandan şirkətləri dəvət edirik".

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal