Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 5-də 100 metrlik maneə zolağını qətetmə növü üzrə yarışlar keçirilib.

BUTA.TV xəbər verir ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında 100 metrlik maneə zolağını qətetmə növündə I yeri Yang Ding Hao - Çin Xalq Respublikası, II yeri Grebenşikov Dmitriy - Rusiya Federasiyası, III yeri isə Masalov Danol - Belarus Respublikası tutub.

Qadınlar arasında I yerə Yisupova Maysara - Özbəkistan Respublikası, II yerə Xvorstkina Arina - Rusiya Federasiyası, III yerə isə Tsenova Olesiya- Rusiya Federasiyası layiq görülüblər.

Qalib və mükafatçılara medalları fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat