Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində 3 yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinətin isə 100 manata çatdırılması nəzərdə tutulur.

Bəs 100 manat müavinət konkret hansı analara və ya valideynlərə veriləcək?

"BUTA TV" xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Uğur" Maarifçilik İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirdi ki, hazırda qüvvədə olan qaydalara əsasən, 3 yaşınadək uşağa qulluğa görə müavinət işləyən və uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətə çıxan analara, uşağa bilavasitə qulluq edən və həmin məzuniyyəti rəsmiləşdirən atalara, qanunvericiliyə uyğun olaraq uşağa qulluq edən digər ailə üzvlərinə şamil olunur:

"Əsas şərt qismən ödənişli sosial məzuniyyətin rəsmiləşdirilməsidir. Sadəcə 3 yaşınadək uşağın olması kifayət etmir. Rəsmi iş yeri olmayan və müvafiq sosial məzuniyyəti rəsmiləşdirməyən analar bu müavinəti almaq hüququna avtomatik olaraq malik deyillər.

Təəssüf ki, əldə etdiyimiz məlumata əsasən, 100 manatlıq müavinət işləməyən, evdar analara şamil edilmir. Səbəb budur ki, müzakirə olunan artım 3 yaşınadək uşağı olan bütün analar üçün nəzərdə tutulmuş yeni sosial yardım deyil, mövcud müavinətin məbləğinin artırılmasıdır.

Bu artım rəsmi iş yeri olan, sosial sığorta olunan və uşağa qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyət rəsmiləşdirən valideynlərə şamil olunacaq".

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal