Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik və rifah gətirir.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə X hesabında yazıb.

“Ağ Evdə tarixi Azərbaycan-Ermənistan sammiti. Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik, təhlükəsizlik və rifah gətirir”, - paylaşımda qeyd olunub.