Finlandiyada "Fitburq" gəmisinin kapitanı və botsmanı kabel çəkilişi qaydalarını pozduqlarına görə həbs ediliblər.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Helsinki Dairə Məhkəməsi "Fitburq" gəmisindən olan iki dənizçini Yeni il gecəsində Fin körfəzində baş verən hadisə zamanı kabellərə zərər dəyməsində təqsirli bilib.

Ağır təxribat törətdiklərinə görə rusiyalı kapitan Andrey Maksimenko 3 il 6 ay, azərbaycanlı dənizçi Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunan hər iki şəxsin dərhal həbs olunmasına hökm verilib.

Onlar, həmçinin kabellərin və qaz boru kəmərinin təmiri və yoxlanılması xərcləri üçün zərərçəkənlərə kompensasiya ödəməlidirlər.

Xatırladaq ki, 2025-ci il dekabrın 31-də Fin körfəzində Estoniya ilə Finlandiya arasında yerləşən sualtı rabitə kabeli zədələnib.

Finlandiya sahil mühafizəsi kabelin zədələnməsində şübhəli bilinən "Fitburq" adlı gəmini və saxlayıb. Gəminin 14 ekipaj üzvü polis tərəfindən saxlanılıb. Ekipaj üzvləri Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olublar.

Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat