Cabir İmanov vəfat etdi
Əməkdar artist Cabir İmanov vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, aktyor idman zalında infarkt keçirib.
Qeyd edək ki, C.İmanovun 49 yaşı vardı. O, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğlu, xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, əməkdar artist Tahir İmanovun qardaşıdır.