Salyanda ağır qəza: ölənlər var
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - Video