Türkiyənin İğdır bölgəsində azərbaycanəsilli qadın yaşadığı evdə ölü tapılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında evdən gələn silah səsləri ilə əlaqədar qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri Əli Mamakın və azərbaycanəsilli Maisə Bayramovanın silahla vurulduqlarını müəyyənləşdiriblər.

Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.