Rusiya Konstitusiyası mənə 2030-cu ildə yenidən prezident seçilməyə imkan verir.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, bu barədə danışmaq hələ tezdir:

“Sağlamlığımızın sabaha, o biri günə qədər, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün yaşamağa imkan verib-verməyəcəyini yalnız Allah bilir”.

Rusiya prezidenti hələlik bu barədə düşünmədiyini vurğulayıb.

O əlavə edib ki, ölkə bir çox böyük və kəskin problemlərlə üzləşir və onlar yeni müddətə yenidən seçilməyi düşünmədən həll edilməlidir.